Bakı. Trend:
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbənin rəsmi görüntüləri yayılıb.
Trend xəbər verir ki, "Gecəyarısı Çəkic" əməliyyatının videosu Amerika hərbçiləri tərəfindən yayılıb.
Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İrandakı nüvə obyektlərinə hücum edib.
"Biz İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. İndi bütün təyyarələr İranın hava məkanından kənardadır. Bombaların tam həcmi əsas Fordo sahəsinə atıldı. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar", - deyə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.