Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığı İranın Qətər dövlətinə raket hücumunu qəti şəkildə pisləyib və bunu "beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulması" adlandırıb.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi.
Ər-Riyad təcavüzü qətiyyətlə pisləyib və bildirib ki, bu, “tamamilə qəbuledilməzdir və heç bir halda haqq qazandırıla bilməz”.
Krallıq qardaş Qətər Dövlətinə tam həmrəyliyini və sarsılmaz dəstəyini ifadə edərək, hücuma cavab olaraq görəcəyi istənilən tədbirə kömək etmək üçün bütün resurslarını Dohanın ixtiyarına verəcəyini sğz edib.
"Səudiyyə Ərəbistanı Qətərin suverenliyinə, təhlükəsizliyinə və sabitliyinə hər hansı təhlükə qarşısında onu dəstəkləməkdə qəti mövqeyini bir daha təsdiqləyir", - deyə açıqlamada bildirilib.