...

İsrail hava qüvvələri Tehranda strateji obyektləri vurur: SEPAH hərbçiləri öldürülüb - IDF (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 23 İyun 2025 15:42 (UTC +04:00)
İsrail hava qüvvələri Tehranda strateji obyektləri vurur: SEPAH hərbçiləri öldürülüb - IDF (YENİLƏNİB) (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Tehrana endirilmiş aviazərbələrin hədəflərini açıqlayıb.

Trend-in xəbərinə görə, zərbələr Tehranın mərkəzi hissəsində yerləşən obyektlərə:

• Tehran əyalətinin bir sıra şəhərlərində təhlükəsizliyin təmin olunmasına cavabdeh olan “Bəsic” qüvvələrinin baş qərargahına və “Əlbariz” briqadasına;
• İran silahlı qüvvələrinin strukturuna daxil olan kəşfiyyat və ümumi təhlükəsizlik polisi bölmələrinə;
• SEPAH-ın “Tarallah” baş qərargahına və onun nəzarətində olan daha bir briqadaya tuş gəlib.

İran rəsmiləri hələ ki, bununla bağlı rəsmi bəyanatla çıxış etməyiblər. Hücumlar regionda gərginliyin artması fonunda baş verib.

xxx

14:49

İsrail hərbi hava qüvvələri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranın Daxili təhlükəsizlik qüvvələrinə aid qərargahlar və digər obyektlərə hava zərbələri endirib.

Trend xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Zərbələr nəticəsində SEPAH-a aid çox sayda hərbçilərin zərərsizləşdirildiyi bildirilir.

“Həmin qüvvələr müxtəlif korpus və komandalardan ibarətdir və İran rejiminin ordusu adından ölkənin müdafiəsi, təhdidlərin qarşısının alınması və rejimin sabitliyinin qorunmasına cavabdehdir”, - deyə IDF bəyanatında deyilir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti