...

İsrail xarici turistlərin ölkədən çıxışına şərait yaradacaq

Dünya xəbərləri Materials 23 İyun 2025 09:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran-İsrail arasında hərbi münaqişənin başlamasından sonra İsrail ərazisində çıxılmaz vəziyyətdə qalmış xarici turistlər İsrail vətəndaşlarını vətənə qaytaran təyyarələrdə İsraili tərk edə biləcəklər. Hər təyyarə ilə 50-yə yaxın sərnişin ölkədən çıxa biləcək.

Trend xəbər verir ki, bunu İsrailin nəqliyyat naziri Miriq Reqev “Times of Israel” nəşrinə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, İsrail ötən həftənin çərşənbə günündən etibarən Avropa və ABŞ-də olan 100 minə yaxın İsrail vətəndaşının ölkəyə geri qaytarılması üçün repatriasiya reyslərini işə salıb. İsrailin “El Al”, “Israir” və “Arkia” şirkətləri atəş təhlükəsi olduğundan uçuşları gündüz saatlarında həyata keçirir.

Saatda cəmi iki təyyarənin enişinə icazə verilir: onlar Ben Qurion hava limanına enir, sərnişinləri düşürür və dərhal havaya qalxırlar. "Times of Israel" nəşrinin dəqiqləşdirdiyinə görə, İsrail hakimiyyəti bundan əvvəl hava nəqliyyatı ilə ölkəni tərk etməyi qadağan etmişdi. Bu məhdudiyyətlər arxa cəbhə komandanlığının təlimatlarına əsasən tətbiq olunub ki, hava limanında yerüstü əməliyyatların vaxtı minimuma endirilsin və hava limanında sıxlıq yaranmasın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti