...

Yeni Zelandiya Ukraynaya hərbi və humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 23 İyun 2025 07:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Zelandiya hökuməti Ukraynaya silah tədarükü və mülki əhaliyə humanitar yardım üçün ümumilikdə 9,5 milyon dollar məbləğində yardım paketi ayıracaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Kristofer Lakson məlumat verib.

Laksonun sözlərinə görə, yardım NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Missiyası (NSATU) və Böyük Britaniya ilə Latviyanın rəhbərlik etdiyi Ukrayna üçün PUA-ların İnkişafı və Təchizatı Koalisiyası vasitəsilə təqdim olunacaq.

Ümumi yardım paketinin 8 milyon Yeni Zelandiya dolları (təxminən 4,8 milyon ABŞ dolları) silah və pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək. Daha 7 milyon Yeni Zelandiya dolları (təxminən 4,1 milyon ABŞ dolları) münaqişədən zərər çəkən ukraynalılara humanitar yardımın təşkili üçün, 1 milyon Yeni Zelandiya dolları (təxminən 600 min ABŞ dolları) isə xaricdə yaşayan ukraynalı qaçqınlara dəstək üçün ayrılacaq.

Xəbər lenti

Xəbər lenti