Bakı.Trend:
Dənizçi Günü münasibətilə 25 iyun tarixində "Suraxanı" gəmi-muzeyində "Açıq Qapı Günü" keçiriləcək!
Bu barədə Trend-ə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.
Bildirilib ki, həmin gün vətəndaşların muzeyə ödənişsiz giriş imkanı olacaq.
Qeyd edək ki, Xarici vətəndaşlar üçün bilet (Bələdçi xidməti daxil) 10 AZN, fərdi ziyarətçilər üçün bilet 5 AZN, tələbələr üçün bilet (tələbə bileti əsasında)2 AZN, məktəblilər üçün 2 AZN, ASCO-nun əməkdaşları və dənizçiləri, onların ailə üzvləri üçün giriş bileti (iş vəsiqəsi əsasında) 2 AZN-dir.
Giriş biletlərini ödənişsiz və növbəsiz almaq hüququ , təsdiqedici sənədləri və (təsdiqləyici sənəddə fotoşəkil olmadıqda) şəxsiyyət vəsiqəsini təqdim edən aşağıda sadalanan kateqoriyadan olan ziyarətçilərə verilir:
Azərbaycanın Milli Qəhrəmanlarına, şəhid ailələrinə, Sovet İttifaqı Qəhrəmanlarına, Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçılarına, 20 Yanvar və Çernobıl hadisələri əlillərinə, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən 1 nəfər şəxsə,veteran dənizçilərə