Bakı.Trend:
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri-Mincivan sahəsində qalereyanın tikintisi üzrə işlərin əsas hissəsi başa çatdırılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “ Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, qalereya dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib.
“Uzunluğu 144 m-dir. Konstruksiyası monolit dəmir-betondur. Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır”,-deyə bildirilib.