...

Azərbaycan kilsədə törədilən terror aktına görə Suriyaya başsağlığı verib

Siyasət Materials 23 İyun 2025 14:59 (UTC +04:00)
Azərbaycan kilsədə törədilən terror aktına görə Suriyaya başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dəməşqdə kilsədə törədilən terror aktına görə Suriyaya başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarixi İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

“Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

Qurbanların ailələrinə və bu əsassız zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk.

Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti