Bakı. Trend:
Almaniyanın “Bayer” klubu İspaniyanın “Barselona” komandasının qapıçısı İnyaki Penyanı heyətinə qatmağı planlaşdırır.
Trend-in “Bild”ə istinadən məlumatına görə, Leverkuzen təmsilçisi 26 yaşlı ispaniyalı qolkiperin transferi ilə bağlı “Barsa” ilə danışıqlara başlayıb. Penyanın Kataloniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.
Əgər danışıqlar uğurla nəticələnsə, İnyaki Peña yeni mövsümdən etibarən “Bayer”in formasını geyinəcək. Qeyd edək ki, o, “Barselona” ilə yanaşı, Türkiyənin “Qalatasaray” klubunda da çıxış edib.