...

Ciorcia Meloni Yaxın Şərq böhranı ilə bağlı beynəlxalq liderlərlə təmaslarını intensivləşdirib

Dünya xəbərləri Materials 23 İyun 2025 03:26 (UTC +04:00)
Ciorcia Meloni Yaxın Şərq böhranı ilə bağlı beynəlxalq liderlərlə təmaslarını intensivləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə gərginliyin artması fonunda İtaliyanın Baş naziri Ciorcia Meloni beynəlxalq tərəfdaşlar və region ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.

Trend xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.

Bildirilib ki, Meloni G7-nin hazırkı sədri, Kanadanın Baş naziri Mark Karni, Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə məsləhətləşmələr aparıb. O, həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər rəhbərləri ilə də vəziyyəti müzakirə edib.

Təmaslar zamanı əsas diqqət münaqişənin daha da genişlənməsinin qarşısının alınması, böhranın siyasi həll yollarının tapılması və tərəflər arasında danışıqların bərpasının vacibliyinə yönəlib.

Bəyanatda qeyd olunur ki, İtaliya böhranın diplomatik yolla həlli üçün bütün səylərini davam etdirəcək və münaqişə tərəflərinin danışıqlar masasına qayıtmasına töhfə verməyə hazırdır.

Qeyd edək ki, Ciorcia Meloninin sədrliyi ilə İtaliya Nazirlər Şurasının iclası da keçirilib.

Xəbər lenti

Xəbər lenti