Bakı. Trend:
ABŞ-nin keçirdiyi hərbi əməliyyat nəticəsində İranın yeraltı nüvə obyektələrinə ciddi ziyan dəyib.
Trend xəbər verir ki, bu barədə bazar günü ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
"Peyk görüntüləri göstərir ki, İranın bütün nüvə obyektələrinə maksimal zərər vurulub. ‘Məhv edilib’ ifadəsi tam dəqiqdir!", – deyə Tramp qeyd edib.
"Ən böyük dağıntılar yer səviyyəsindən çox aşağıda yerləşən obyektlərdə qeydə alınıb.", - dövlət başçısı əlavə edib.