...

Nüvə obyektlərinə endirilən zərbələrə görə ABŞ cavabını almalıdır - İran Prezidenti

Dünya xəbərləri Materials 22 İyun 2025 22:50 (UTC +04:00)
Nüvə obyektlərinə endirilən zərbələrə görə ABŞ cavabını almalıdır - İran Prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkian ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələrə görə Vaşinqtona qarşı mütləq cavab verilməli olduğunu bəyan edib.

Trend xəbər verir ki, bu barədə Pezeşkian Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

İran lideri qeyd edib ki, gecə saatlarında həyata keçirilən hücumlar ABŞ-nin dialoq və sülh çağırışlarının gerçək olmadığını sübut edir.

“ABŞ ilə keçirdiyimiz görüşlərdə etimaddan danışırdıq, lakin praktikada ABŞ tam fərqli addımlar atdı və nüvə obyektlərimizə hücum etdi. Əgər siz belə bir vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, onlar öz təcavüzlərinin cavabını almalıdırlar”, – deyə Pezeşkian vurğulayıb.

Xəbər lenti

Xəbər lenti