...

“Brent” neftinin qiyməti yanvardan bəri ilk dəfə 81 dolları ötüb

Dünya xəbərləri Materials 23 İyun 2025 03:45 (UTC +04:00)
“Brent” neftinin qiyməti yanvardan bəri ilk dəfə 81 dolları ötüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun “ICE” birjasında 2025-ci ilin avqust ayı üzrə çatdırılacaq “Brent” markalı neftin fyuçers qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq bir barel üçün 81 dollar həddini keçib.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, qiymət artımı əhəmiyyətli sürət alıb və “Brent” nefti 81,41 dollara qədər yüksəlib. Bu, son altı ay ərzində ilk belə səviyyədir.

Eyni zamanda, “WTI” markalı xam neftin 2025-ci ilin avqustuna olan fyuçersləri də 5,89% bahalaşaraq bir barel üçün 78,40 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti