Bakı. Trend:
Əlcəzairdə keçirilən futbol qarşılaşmasında faciə yaşanıb.
Trend-in məlumatına görə, ölkə çempionatının son turunda "Aljer" futbol klubu "Maqra" ilə qolsuz heç-heçə edib (0:0) və yenidən Əlcəzair çempionu olub.
Lakin çempionluğun qeyd olunması zamanı stadionda təhlükəli vəziyyət yaranıb – onlarla "Aljer" azarkeşi tribunadan yerə yıxılıb.
Hadisə nəticəsində kubokun təqdimat mərasimi dərhal ləğv edilib, insidentin başvermə səbəblərini araşdırmaq üçün təhqiqat başladılıb.
Əlcəzairin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 80-dən çox azarkeş isə xəsarət alıb.