...

İranın İsfahan və Nətənz nüvə obyektləri ətrafında hər hansı sızıntı yoxdur – İsfahan valiliyi

Dünya xəbərləri Materials 22 İyun 2025 11:04 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın mərkəzində yerləşən İsfahan vilayətinin İsfahan və Nətənz nüvə obyektlərinin ətrafında hər hansı radiasiya sızıntısı yoxdur.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti valisinin müavini Əkbər Salehi bu gün yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hər hansı narahatlığa əsas yoxdur və İsfahan və Nətənz nüvə mərkəzlərində radiasiya baş verməyib.

“ABŞ-nin Fordo, Nətənz və İsfahan nüvə mərkəzlərinə hücumu Nüvə Silahlarının Yayılmamasına dair Saziş (NPT) və nüvə təhlükəsizliyi ilə əlaqədar başqa beynəlxalq qanunlara ziddir. İranın Nüvə Təhlükəsizliyi Mərkəzi ABŞ-nin hücumundan sonra dərhal qeyd olunan mərkəzlərdə nüvə sızıntısı ilə bağlı hər ehtimala dair lazımi yoxlamalar aparıb. Aparılan yoxlamalar nəticəsində və sistemlərdən əldə olunan məlumatlara əsasən radiasiya sızıntısı qeydə alınmayıb”, - deyə o qeyd edib.

Salehi qeyd olunan nüvə mərkəzlərinin ətrafında yaşayan sakinlər üçün heç bir təhlükənin olmadığını deyib.

Xəbər lenti

Xəbər lenti