Bakı. Trend:
İsrailin İranın mərkəzində yerləşən Qum vilayətinə hava hücumları nəticəsində İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) 4 üzvü ölüb.
Trend-in məlumatına görə, bunu İranın Qum vilayəti fövqəladə hallar idarəsinin sözçüsü və Qum valisinin müavini Murtaza Heydəri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, az öncə “Şəhid Mustafa Xomeyni” Qərargahına edilən hücumda daha iki hərbçi yaralanıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.