...

İsrailin İranın Əhvaz rayonunda hərbi obyekti vurduğu bildirilir (VİDEO)

Dünya xəbərləri Materials 22 İyun 2025 15:43 (UTC +04:00)
İsrailin İranın Əhvaz rayonunda hərbi obyekti vurduğu bildirilir (VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda hərbi obyekti vurduğu bildirilir.

Trend-in məlumatına görə, bununla əlaqədar video-kadrlar paylaşılıb.

Video-kadrda hərbi hücum nəticəsində böyük partlayış baş verib və yanğına səbəb olub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti