...

İsrailin İranın Şərqi Azərbaycan vilayətinə hücumlarında ölənlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 22 İyun 2025 19:09 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

13 iyundan 22 iyunadək İsrailin İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinə hərbi hava hücumları nəticəsində 52 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti fövqəladə hallar idarəsinin baş direktroru Məcid Fərşi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün də İsrailin Şərqi Azərbaycan vilayətinə hücumları davam edib. Səhər saatlarında Təbir şəhərində 4 məkan vurulub. Onlardan üçü şəhərin ətrafı, biri isə hərbi obyektdir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti