Bakı. Trend:
İran ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu kəskin şəkildə qınayır və bu hücumu beynəlxalq qanunların açıq-aşkar şəkildə pozulması hesab edir.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi Böyük Britaniyanın xarici işlər naziri David Lemmi ilə telefon söhbətində deyib.
Telefon söhbətində İran xarici işlər naziri ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə hücumu ilə əlaqədar son proseslər haqda britaniyalı həmkarını məlumatlandırıb.
Telefon söhbətində Böyük Britaniya xarici işlər naziri David Lemmi də bu hücumu təəssüfləndirici adlandırıb, ölkəsinin bu hücumda hər hansı rolu və əməkdaşlığının olmadığını qeyd edib və diplomatiyanın davam etdirilməsini istəyib.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub