...

Dəməşqdəki terror aktı Suriyada sülh və sabitliyi hədəfə alır - Türkiyə XİN

Dünya xəbərləri Materials 23 İyun 2025 00:40 (UTC +04:00)
Dəməşqdəki terror aktı Suriyada sülh və sabitliyi hədəfə alır - Türkiyə XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dəməşqdə yerləşən Müqəddəs Elias kilsəsində törədilən terror aktı Suriyada sülh və sabitliyi pozmağa yönəlib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin partlayışla bağlı yaydığı açıqlamada qeyd olunub.

Bəyanatda vurğulanıb ki, terror aktı Suriyada sabitliyin və təhlükəsizliyin bərpasına yönəlmiş səyləri hədəfə alır və ölkədə əmin-amanlığı pozmaq məqsədi güdür.

Türkiyə XİN Suriya rəhbərliyinin və xalqının birliyi qoruyacağına, ölkəni xaosa sürükləmək istəyən terror təşkilatlarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyinə inandığını bildirib.

Eyni zamanda Türkiyə, Suriya xalqının yanında olacağını və onlara hər cür dəstək verməyə davam edəcəyini bəyan edib.

Nazirlik partlayış nəticəsində həyatını itirənlərin ailələrinə və Suriya xalqına başsağlığı verib, yaralananlara isə şəfa diləyib.

Xəbər lenti

Xəbər lenti