...

Tramp Ağ Evdə xalqa müraciət edəcək

Dünya xəbərləri Materials 22 İyun 2025 04:39 (UTC +04:00)
Tramp Ağ Evdə xalqa müraciət edəcək

Bak. Trend:

ABŞ prezidenti Donald Tramp Ağ Evdə xalqa müraciət edəcəyini bildirib.

Trend-in məlumatına görə, bunu o, ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı nüvə obyektlərinə hücumundan sonra "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən axşam saat 22:00-da Ağ Evdə İrandakı çox uğurlu hərbi əməliyyatımızla bağlı xalqa müraciət edəcəyəm. Bu, ABŞ, İsrail və dünya üçün tarixi bir məqamdır. İsrail indi müharibəni dayandırmağa razı olmalıdır", - deyə o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti