...

İran AEBA-dan ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu araşdırmasını istəyib

Dünya xəbərləri Materials 22 İyun 2025 11:02 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən ABŞ-nin beynəlxalq qanunlara zidd olaraq İranın nüvə obyektlərinə hücumunu araşdırmasını istəyir.

Trend-in məlumatına görə, bu, İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslaminin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə ünvanladığı məktubda öz əksini tapıb.

Məktubda deyilir ki, İran AEBA baş direktorunu aktiv olmağa, öz səlahiyyətinə əsasən beynəlxalq qanunlara zidd olan bu hücumu qınamağa lazımi addımlar atmağa çağırır.

Məktubda qeyd olunur ki, İranın Atom Enerjisi Təşkilatı BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan və BMT əsasnaməsinə riayət etməli olan ABŞ tərəfindən İranın Nətənz, Fordo və İsfahan nüvə mərkəzləri əleyhinə hücumlarına ciddi etirazını bildirir və beynəlxalq öhdəliklər, xüsusilə nüvə obyektlərinə hücumu qadağan edən Nüvə Silahlarının Yayılmamasına dair Saziş (NPT) və digər mexanizmlərin açıq-aşkar pozulduğunu qeyd edir.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti