Bakı. Trend:
Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, bu gün saat 14 radələrində Qax rayonu ərazisində H.Bayramova idarə etdiyi “Nissan” markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
