...

Ukraynanın NATO-ya üzvlüyü praktik baxımdan mümkün deyil - Baş katib

Dünya xəbərləri Materials 18 Dekabr 2025 20:47 (UTC +04:00)
Ukraynanın NATO-ya üzvlüyü praktik baxımdan mümkün deyil - Baş katib

Bakı. Trend:

NATO-nun Baş katibi Mark Rütte Ukraynanın alyansa üzvlüyü məsələsinin hazırda praktik baxımdan mümkün olmadığını bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verirki, Rütte bu açıqlamanı Polşaya səfəri çərçivəsində ölkənin Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak ilə keçirdiyi birgə mətbuat konfransında verib.

Onun sözlərinə görə, prinsip etibarilə Avro-Atlantik bölgəsində yerləşən istənilən ölkə, o cümlədən Ukrayna NATO-ya üzvlük üçün müraciət edə bilər. Lakin praktiki baxımdan bu proses bir sıra müttəfiqlərin etirazı səbəbindən mümkün deyil.

“Hazırda bəzi müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcəklərini açıq şəkildə bildiriblər. Bu ölkələr sırasında ABŞ, Macarıstan, Slovakiya və ehtimal ki, daha bir neçə müttəfiq var. Bu səbəbdən konsensus əldə edilə bilməz”, – deyə Rütte vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti