Bakı. Trend:
"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" türkiyəli vingeri transfer etmək istəyir.
"Qırmızı şeytanlar"ın 20 yaşlı ön xətt oyunçusunu 90-100 milyon avroya heyətinə qatmaq şansı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.