Bakı. Trend:
ABŞ Xəzinədarlıq Departamenti İran məhsullarının daşınmasında iştirak etdiyi iddia olunan əlavə 29 gəmiyə sanksiya tətbiq edib.
Trend-in məlumatına görə, yanvar ayından etibarən Tramp administrasiyası İranın neft və qaz ticarəti ilə əlaqəli olan 180-dən çox gəmini sanksiyalar siyahısına daxil edib.
Bildirilib ki, yeni sanksiyalar həmin tankerləri idarə edən gəmiçilik şirkətlərini də əhatə edir. Bu məhdudiyyətlər çərçivəsində şirkətlərin ABŞ-da aktivlərə sahib olması, eləcə də ABŞ müəssisələri və ya fiziki şəxsləri ilə hər hansı kommersiya fəaliyyəti qadağan edilir.
