...

ABŞ-nin İrana zərbə endirməsi regionda vəziyyəti təhlükəli gərginləşdirir - Quterreş

Dünya xəbərləri Materials 22 İyun 2025 07:35 (UTC +04:00)
ABŞ-nin İrana zərbə endirməsi regionda vəziyyəti təhlükəli gərginləşdirir - Quterreş
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İrana endirdiyi zərbələr regionda vəziyyətin təhlükəli gərginləşməsi deməkdir və dərin narahatlıq doğurur.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş deyib.

"ABŞ-nin bu gün İrana qarşı güc tətbiq etməsi məni çox narahat edir. Bu, onsuzda gərgin vəziyyətdə olan regionda təhlükəli eskalasiyadır və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir", - deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti