...

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 22 İyun 2025 05:03 (UTC +04:00)
Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın ən şimalındakı Hokkaydo adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Kuşiro şəhərindən 173 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti