...

ABŞ-də turistlərin olduğu kosmik gəminin buraxılışı ləğv edildi

Dünya xəbərləri Materials 22 İyun 2025 03:53 (UTC +04:00)

Bakı. Trend:

Şənbə günü planlaşdırılan suborbital uçuşda altı turistdən ibarət kommersiya heyəti ilə ABŞ-nin təkrar istifadə edilə bilən New Shepard kosmik gəmisinin buraxılışı ləğv edildi.

Trend-in məlumatına görə, bu barədə "Blue Origin" istehsalçı şirkəti bildirib.

Məlumata əsasən, buna səbəb güclük külək olub.

NS-33 ekipajına "Təbiət siyasətdən kənardır" qeyri-kommersiya təşkilatının idarə heyətinin üzvü Elli Küner və onun əri, "Building and Land Technology" şirkətinin sədri Karl Küner, xeyriyyəçi və nəqliyyat şirkətlərinin keçiş rəhbəri Leland Larson, iş adamı Freddi Reskinyo, hüquqşünaslar Owolabi Salis və Jim daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti