...

ABŞ ən təhlükəli nəticələrə səbəb olacaq işə başlayıb -İran XİN

Dünya xəbərləri Materials 22 İyun 2025 10:15 (UTC +04:00)
ABŞ ən təhlükəli nəticələrə səbəb olacaq işə başlayıb -İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyi ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə hərbi hücumu və beynəlxalq hüquq normaları və BMT əsasnaməsinin prinsiplərinin pozulmasını kəskin şəkildə qınayır.

Trend-in məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

Bəyanata əsasən BMT-yə üzv ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı İsrail ilə birlikdə ABŞ-nin hücumu bir daha Birləşmiş Ştatların İsrail ilə İran əleyhinə əlbir olduğunu göstərir.

Bəyanatda qeyd olunur ki, İran ABŞ-nin hücumu qarşısında var-gücü ilə özünü, öz milli mənafeyini qorumaq haqqına sahibdir.

“İsrailin İrana hava hücumlarının 10-cu günündə ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə hava hücumları Birləşmiş Ştatların İrana birbaşa təcavüzünü əks etdirir. İranın dinc məqsədli nüvə obyektlərinə hərbi təcavüz BMT əsasnaməsində qeyd olunan ərazi bütövlüyü və milli suverenliyi müddəası, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən ciddi şəkildə pozulmasıdır və Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) dəhşətli zərbə vurur”, - deyə bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, İran BMT, BMT Təhlükəsizlik Şurası, BMT baş katibi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və digər aidiyyəti qurumlardan qeyd olunan təcavüz qarşısında təcili addım atmalarını istəyir və bu təcavüz qarşısında sükutun əvəz olunmaz təhlükəyə gətirib çıxaracağını bildirir.

Bəyanatda qeyd olunur ki, İran BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırır və ABŞ-nin İrana təcavüzünü ciddi şəkildə qınamağa və beynəlxalq qaydalara əsasən cavabdeh olmağı tələb etməyi istəyir.

Xəbər lenti

Xəbər lenti