...

İsrailin İrana hücumunda 3 xilasedici ölüb – İranın Qırmızı Aypara Cəmiyyəti

Dünya xəbərləri Materials 22 İyun 2025 14:54 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən 10 gün ərzində İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın Qırmızı Aypara Cəmiyyətinin 3 xilasedicisi ölüb.

Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qeyd olunan hücumlar 29 xilasedicinin yaralanması ilə nəticələnib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti