...

Azərbaycan XİN ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb

Siyasət Materials 22 İyun 2025 16:00 (UTC +04:00)
Azərbaycan XİN ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanatında bildirilib.

"Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti