...

İranın xarici işlər naziri ABŞ və İsrailin hücumlarını müzakirə etmək üçün Moskvaya gedib

Dünya xəbərləri Materials 22 İyun 2025 23:14 (UTC +04:00)
İranın xarici işlər naziri ABŞ və İsrailin hücumlarını müzakirə etmək üçün Moskvaya gedib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Seyid Abbas Araqçi İsrail və ABŞ tərəfindən İrana endirilən zərbələri müzakirə etmək məqsədilə Moskvaya səfər edib.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, Əraqçinin səfərinin əsas məqsədi Rusiya Prezidenti Vladimir Putinlə baş verən hadisələri müzakirə etmək və diplomatik dəstək qazanmaqdır.

Qeyd edək ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hava zərbələri endirib. Hücumlar nəticəsində bu obyektlərin məhv edildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti