...

İran “SEPAH”ı ABŞ-nin hücumuna cavab veriləcəyini bildirib

Dünya xəbərləri Materials 22 İyun 2025 13:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

İstanbul. Trend:

İran Silahlı Qüvvələri ABŞ-nin İrana hücumuna peşman edici cavablar verəcək.

Trend-in məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) bəyanatında öz əksini tapıb.

Bəyanata əsasən, İran Silahlı Qüvvələri Birləşmiş Ştatların İrana hücumunda iştirak edən təyyarələrin uçuş məkanını izləyərək müəyyənləşdirib.

Bəyanatda qeyd olunur ki, İran ABŞ-nin regiondakı hərbi bazalarının çoxluğunun Birləşmiş Ştatların daha çox zərbə almasına səbəb olacağını bildirir.

“Qəti şəkildə bildirilir ki, İranın dinc məqsədli nüvə proqramı heç bir hücumla məhv olmayacaq. Əksinə İran alimləri bu sahəni inkişaf etdirərək gücləndirəcək”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti