Bakı. Trend:
İsrailin İrana hərbi hava hücumları nəticəsində ölkənin mərkəzində yerləşən Yəzd vilayətinin Yəzd şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun 7 hərbçisi ölüb.
Trend-in məlumatına görə, bununla əlaqədar İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Yəzd vilayəti üzrə “Əl-Qədir” Qərargahı məlumat yayıb.
Məlumata görə, hərbi hücumlarda 2 əsgər də ölüb. Eyni zamanda hücumlar nəticəsində bir qrup hərbçi yaralanıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava
zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli
hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli
rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə
cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə
ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki
itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.