Bakı. Trend:
FİFA Klublararası Dünya Çempionatında II turun oyunları çərçivəsində H qrupunda Madrid “Real”ı Meksika klubu “Paçuka” ilə qarşılaşıb.
Trend xəbər verir ki, ispan təmsilçisi bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
“Real”ın heyətində Cud Bellinqem (35-ci dəq.), Arda Gülər (43-cü dəq.) və Federiko Valverde (70-ci dəq.) fərqlənib. Meksika klubunun təsəlli qolunu isə 80-ci dəqiqədə Elias Montiel vurub.
Xatırladaq ki, “Real” ilk turda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə 1:1 hesablı heç-heçə etmişdi. Bu nəticədən sonra İspaniya klubu 4 xalla H qrupunda liderliyə yüksəlib.
"Yuventus" - "Vidad" 4:1
"Real" - "Paçuka" 3:1
XXX
22:16
ABŞ-də keçirilən 2025-ci il FIFA Klublar Dünya Çempionatının qrup mərhələsi davam edir.
Trend xəbər verir ki, turnirin ilkin mərhələsində mübarizə hərəsində dörd komanda olmaqla 8 qrupda aparılır.
G qrupunun ikinci turu çərçivəsində İtaliyanın "Yuventus" klubu mundiala məğlubiyyətlə başlayan Mərakeş təmsilçisi "Vidad"a 4:1 hesabı ilə qalib gəlib.
"Yuventus"un heyətində Kənan Yıldız (16 və 69-cu dəqiqələr) və Duşan Vlahoviç (90+4-cü dəqiqə) fərqləniblər. Oyunun 6-cı dəqiqəsində "Vidad"ın oyunçusu Abdelmunaim Butuil avtoqola imza atıb. Mərakeş klubunun yeganə qolunu isə 25-ci dəqiqədə Zembinkosi Lorx vurub.
Günün növbəti qarşılaşmasında H qrupunda bir xalı olan "Real Madrid", ilk oyununda məğlub olan Meksikanın "Paçuka" klubu ilə üz-üzə gələcək.