Bakı. Trend:
İranda quru yol, dəmiryolu və limanlarda sərnişindaşıma, zəruri məhsulların və yüklərin daşınmasında hər hansı problem yoxdur.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, ölkədə məhsullar və sərnişinlərin daşınması üzrə maksimum şəkildə səylər göstərilir.
Sadiq bildirib ki, İsrailin İrana hücumları nəticəsində dəyən xəsarətlərin qiymətləndirilməsi və bərpa olunması ilə əlaqədar İranın Yol və Şəhərsalma Nazirliyində komitə təşkil olunub. Həmçinin əhali xəsarətlərin aradan qaldırılmasında aktiv şəkildə fəaliyyət göstərir.