...

İran ərazisindən raket buraxılıb - İsrail Müdafiə Qüvvələri

Dünya xəbərləri Materials 23 İyun 2025 04:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri İran ərazisindən raket buraxılışını qeydə alıb.

Trend xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti yayıb.

“Müdafiə Qüvvələri bir müddət əvvəl İran ərazisindən İsrail dövlətinə doğru raket buraxılışını qeydə alıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün aktiv işləyir”, – məlumatda qeyd olunub.

Bundan əvvəl raket aşkar edilən bölgələrdə sirenlər səslənib və əhali təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırılıb.

Xəbər lenti

Xəbər lenti