Bakı. Trend:
2024-cü ildə bank sektorunun aktivləri 2018-ci illə müqayisədə 80% artaraq, 53 milyard manata çatıb. Bugünkü kredit portfelimizin həcmi son 7 ildə 125% artaraq, 29,3 milyard manat təşkil edib.
Trend xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı deyib.
"Dövr ərzində vaxtı ötmüş kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2018-ci illə müqayisədə bu kreditlərin həcmi 72% azalaraq, 449 milyon manata bərabər olub", - deyə Z.Nuriyev bildirib.