Bakı.Trend:
2025-ci ilin yanvar-noyabr aylarında ölkəyə 96057 ədəd minik avtomobili, 7123 ədəd yük avtomobili, 808 ədəd avtobus idxal olunub.
Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, idxal olunan malların 47,7 faizini avtomobil, 31,4 faizini hava, 9,9 faizini dəniz, 9,3 faizini dəmir yolu, 1,5 faizini digər nəqliyyat vasitələri ilə gətirilib, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil etmişdir. İxracın 46,2 faizini İtaliyaya, 13,1 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, hər biri 3,2 faiz olmaqla Bolqarıstan, Yunanıstan və Çexiyaya, 2,8 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, 2,5 faizini Rumıniyaya, 2,3 faizini Almaniyaya, hər biri 1,8 faiz olmaqla Portuqaliya və İsveçrəyə, 1,2 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Ukrayna və Tunisə, 0,8 faizini Niderlanda, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, hər biri 0,5 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
