Bakı. Trend:
Qüdsdə lisenziyası fəaliyyət göstərən uşaq bağçasında istilik sistemindəki nasazlıqla əlaqədar baş verən kütləvi zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilmiş azyaşlılardan ikisi həyatını itirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölən körpələrin 3 və 4 aylarında olduqları bildirilir.
Yerli KİV-lər zəhərlənmənin dəm qazından olduğunu yazır.
xxx
16:25
İsrailda, Qüdsdə yerləşən uşaq bağçalarından birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 55 nəfərə yaxınlıqdakı xəstəxanalara təxliyə olunub, onlardan ikisi (iki körpə) ağır vəziyyətdədir.
Zəhərlənmənin səbəbləri barədə rəsmi məlumat verilməsə də, onun binanın isitmə sistemindəki nasazlıqdan qaynaqlandığı deyilir.
Yerli polis zəhərlənmənin hər hansı zərərli kimyəvi materiallarla əlaqədar olmadğını bəyan edib.
