Bakı.Trend:
2025-ci ilin yanvar-dekabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 226,8 milyon nəfər olub.
Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9 faiz çox sərnişin daşınmış, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 6,6 faiz azalaraq 391,2 min ton olub.
