Bakı. Trend:
İranda baş verən son hadisələr zamanı hüquq-mühafizə orqanlarının 3,7 mindən çox əməkdaşı yaralanıb.
Trend-in məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yaralıların sayı olduqca çoxdur və say ilə əlaqədar dəqiqləşmiş statistika yoxdur.
Əzizi bildirib ki, hüquq-mühafizə orqanlarına məxsus 2,2 mindən çox avtomobil və təchizata ciddi ziyan dəyib.
Parlament rəsmisi qeyd edib ki, hadisələr zamanı 250-dən çox məktəbə, 300 məscidə və 90 dini mədrəsələrə ziyan dəyib.
Əzizi ölkədə hadisələr zamanı ölənlərin sayı ilə əlaqədar statistikanın hazırlanmaqda olduğunu və elan ediləcəyini deyib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə ölkədə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
