Bakı. Trend:
Cənubi Afrika Respublikasının Qautenq əyalətində məktəb mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 13 şagird həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qurbanların 11-i hadisə yerində keçinib, ikisi isə xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Hadisə şahidlərinin verdiyi ifadəyə görə, qəza böyük ehtimalla mikroavtobusun sürücüsünün yol hərəkət qaydalarını pozması ucbatından baş verib, belə ki, onlar sürücünün yüksək sürətli təhlükəli ötmə hərəkətləri yerinə yetirdiyini və nəticədə mikroavtobusun əks hərəkət istiqamətində olan yük maşını ilə toqquşduğunu iddia edir.
