Bakı. Trend:
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə viruslu hepatit A ilə (96,8 faiz), viruslu hepatit C ilə (61,5 faiz), skarlatina ilə (56,4 faiz), törədicisi müəyyən olunmuş enteritlər, kolitlər, qastroenteritlər, qida zəhərlənmələri ilə (48,5 faiz), qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (37,3 faiz), pedikulyoz ilə (19,3 faiz), qonokokk infeksiyası ilə (19,1 faiz) xəstələnmə halları azalıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, göyöskürək və malyariya, kəskin poliomielit, epidemik parotit, məxmərək və anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.
Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində yoluxucu xəstəliklər üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində əhali arasında brusellyoz, kəskin hepatit B, qoturluq və su çiçəyi ilə xəstələnmə hallarında artım müşahidə olunub.
