Bakı. Trend:
Çində kömür əsaslı istilik elektrik enerjisi istehsalı 2025-ci ildə son 10 ildə ilk dəfə azalıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Milli Statistika Bürosunun (NBS) məlumatına görə, istilik elektrik enerjisi istehsalı 1% azalaraq 6,29 trilyon kVt/saata düşüb, dekabr ayında isə illik müqayisədə azalma 3,2% olub.
Ümumi enerji istehlakı rekord səviyyəyə çatsa da, bu artım əsasən bərpa olunan enerji mənbələrinin sürətli genişlənməsi hesabına təmin edilib. Milli Enerji Administrasiyasının (NEA) açıqlamasına əsasən, Çinin elektrik enerjisi istehlakı 2025-ci ildə ilk dəfə 10 trilyon kVt/saatı keçib.
Mütəxəssislər bunu Çinin enerji sektorunun dekarbonizasiyası baxımından müsbət siqnal kimi dəyərləndirirlər. S&P isə bərpa olunan enerjinin payının artması fonunda 2026-cı ildə istilik enerjisi istehsalının yenidən sürətlənməsinin ehtimalının aşağı olduğunu bildirir.
