Bakı. Trend:
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə verilməsinin müddəti izadılıb.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına müddətli əlavə verilməsinin müddəti 2026-cı il aprelin 1-dək uzadılıb.
Qeyd edək ki, sözügedən müddət 2026-ci il yanvarın 1-də başa çatmışdı.
