...

Azərbaycan əhalisinin sayı açıqlandı

Gündəm Materials 19 Yanvar 2026 14:15 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34 812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10 259 701 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 01.01.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 26 014 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 514 nəfər təşkil edib.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti