...

Azərbaycan Rusiyadan elektrik enerjisi alışını artırıb

Energetika Materials 19 Yanvar 2026 17:52 (UTC +04:00)
Azərbaycan Rusiyadan elektrik enerjisi alışını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya təqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 4,2 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud 1,9 dəfə azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Rusiyadan Azərbaycana 3,058 milyon ABŞ dolları dəyərində, 85,5 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 616 min ABŞ dolları və ya 25,2%, həcm ifadəsində isə 1,8 milyon kVt/saat və ya 6,6% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti