...

İranda internetə çıxış normal vəziyyətə dönəcək – Vitse-prezident

Dünya xəbərləri Materials 19 Yanvar 2026 16:06 (UTC +04:00)
İranda internetə çıxış normal vəziyyətə dönəcək – Vitse-prezident
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Həftənin sonuna qədər İranda internetə çıxış normal vəziyyətə dönəcək.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti Hüseyn Əfşin bu gün (19 yanvar) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə internet şəbəkəsi tədrici şəkildə bərpa olunmaqdadır və tezliklə mövcud məhdudiyyətlər aradan qaldırılacaq.

Əfşin bildirib ki, bundan öncə planlar əsasında destabillik davam etdiyi halda böyük şirkətlərə “sabit IP” ilə internet xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Belə ki, onların fəaliyyətində hər hansı proble yaranmasın.

Vitse-prezident əlavə edib ki, rəqəmsal iqtisadiyyatın inkişaf modelində şirkətlərin şəbəkəyə qoşulması yetərli deyil. Çünki bu fəaliyyətlərin davam etməsi müştərilər və istifadəçilərin internetə qoşulmasını tələb edir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti